Dünya futbolu
Erat oynadı, komandası mövsümə məğlubiyyətlə başladı
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında yeni mövsüm…
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında yeni mövsümə start verilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu "Duysburq" da ilk matçına çıxıb.
Sözügedən klub bu gün səfərdə Drezden "Dinamo"su ilə qarşılaşıb. Oyun futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb – 0:1.
Erat da bu qarşılaşmanın iştirakçısı olub. O, matçın 71-ci dəqiqəsində meydana buraxılıb.