Dünya futbolu
Məsimov oynadı, “Fakel” darmadağın oldu
Rusiya 1-ci divizionunda 5-ci turun oyunları keçirilib. Futbol…
Rusiya 1-ci divizionunda 5-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun formasını geyindiyi "Fakel" də növbəti matçına çıxıb.
Voronej təmsilçisi səfərdə “Sibir”lə qarşılaşıb. “Fakel” bu oyundan məğlubiyyətlə ayrılıb – 0:4.
Samir də bu görüşün iştirakçısı olub. O, start heyətdə başladığı qarşılaşmanın fasiləsində əvəzlənib.
"Fakel" 5 turdan sonra 5 xalla 20 klub arasında 15-ci pillədə qərarlaşıb.