Dünya futbolu
Dadaşov mövsümə dublla başladı
Futbol üzrə Almaniyanın Şimal-Şərq Regional Liqasında yeni …
Futbol üzrə Almaniyanın Şimal-Şərq Regional Liqasında yeni mövsümə start verilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Dinamo" (Berlin) də ilk matçına çıxıb. Sözügedən kollektiv səfərdə "Lukkenvalde" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.
Rüfət də bu oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin sabiq üzvü 90 dəqiqə oynayıb. Komandasının 2-ci (54-cü dəqiqədə penaltidən) və 4-cü (90+3) qolunu da məhz Dadaşov rəqib qapısından keçirib.