Ölkə futbolu
"Şüvəlan" milli komanda ilə qarşılaşacaq
Birinci Divizionda yeni mövsümə hazırlığı davam etdirə…
Birinci Divizionda yeni mövsümə hazırlığı davam etdirən "Şüvəlan" daha bir yoxlama oyunu keçirməyə hazırlaşır.
Futbolinfo.az xəbər verir ki, Aqil Nəbiyevin çalışdırdığı Şüvəlan təmsilçisi bu dəfə Azərbaycanın U-19 milli komandası ilə qarşılaşacaq. Matç avqustun 1-də "Dalğa Arena"da keçiriləcək və saat 18:00-da başlayacaq.
Xatırladaq ki, "Şüvəlan" hazırlıq çərçivəsində 5 yoxlama oyunu keçirib. Qəsəbə təmsilçisi "Qaradağ Lökbatan"ı 3:1, "Zirə"nin əvəzedici heyətini 5:0, "Sumqayıt"ın əvəzedicilərini 2:0 hesabı ilə məğlub edib, "Neftçi"yə 0:2, "Zirə"yə isə 0:4 hesabı ilə uduzub.