Dünya futbolu
Renat Dadaşov üçün 18 dəqiqə
Almaniya Bundesliqasının yeni mövsümünə hazırlaşan…
Almaniya Bundesliqasının yeni mövsümünə hazırlaşan "Ayntraxt" növbəti sınaq matçını keçirib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi Frankfurt təmsilçisi İtaliyanın "Benevento" klubu ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
“Ayntraxt”ın baş məşqçisi Niko Kovaç bu matçda həmyerlimizə də şans verib. Dadaşov qarşılaşmanın 72-ci dəqiqəsində meydana buraxılıb.