Dünya futbolu
Türkiyəli futbolçu debüt matçındaca sıradan çıxdı
Türkiyə yığmasının müdafiəçisi Semih Kayanın &…
Türkiyə yığmasının müdafiəçisi Semih Kayanın Çexiyanın "Sparta" klubundakı rəsmi debütü uğursuz alınıb.
Futbolinfo.az xəbər verir ki, bu yay "Qalatasaray"dan sözügedən kluba transfer olunan futbolçu ölkə çempionatının ilk turunda "Bohemians"la ev oyununa start heyətdə başlayıb. Lakin o, 1:1 hesabıyla başa çatan qarşılaşmanın 45-ci dəqiqəsində ağır zədə alıb. Ayağı qırılan futbolçu dərhal əvəzlənib.
İlkin məlumata görə, Kaya ən azı iki ay futbol oynaya bilməyəcək.