Dünya futbolu
"Sampdoriya" Torreyra ilə gücləndi
İtaliyanın "Sampdoriya" klubu növbəti transferini r?…
İtaliyanın "Sampdoriya" klubu növbəti transferini rəsmiləşdirib.
Futbolinfo.az xəbər verir ki, sözügedən klub uruqvaylı yarımmüdafiəçi Lukas Torreyranı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Peskara"dan transfer edilən futbolçu ilə müddəti 2022-ci ilin iyununda bitəcək müqavilə imzalanıb.
Bu, Torreyranın "Sampdoriya"ya ikinci gəlişidi. "Peskara"nın yetirməsi olan 21 yaşlı futbolçu ilk dəfə 2015-ci ildə bu kluba transfer olunmuş, bir mövsümdə 35 oyuna çıxmışdı. Lakin həmin mövsümdən sonra yenidən "Peskara"ya qayıtmışdı.