Dünya futbolu
Son matçda "Yuventus" qalib gəldi – VİDEO
Futbol üzrə Beynəlxalq Çempionlar Kubokuna yekun vurulub…
Futbol üzrə Beynəlxalq Çempionlar Kubokuna yekun vurulub. Futbolinfo.az xəbər verir ki, turnirin son matçında İtaliya çempionu "Yuventus"la bu ölkənin digər təmsilçisi "Roma" üz-üzə gəlib.
ABŞ-da baş tutan qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib – 1:1. 29-cu dəqiqədə Mario Mandzukiç turinliləri hesabda önə keçirsə də, 74-də Edin Dzeko "canavarlar"ın bərabərlik qoluna imza atıb.
Qalib isə penalti seriyasında müəyyənləşib. Daha dəqiq oynayan "Yuventus" 5:4 hesabıyla üstün olub. Amma bu, romalıların turniri 3-cü pillədə başa vurmasına mane olmayıb.
Beləliklə, 8 klubun iştirakı ilə keçirilən Beynəlxalq Çempionlar Kuboku başa çatıb. "Barselona"nın hər üç oyunda qalib gəlməklə çempion olduğu turnirin yekun sıralaması belə olub:
1. Barselona – 9
2. Mançester Siti – 6
3. Roma – 5
4. Mançester Yunayted – 5
5. Yuventus – 4
6. Tottenhem – 3
7. PSJ – 2
8. Real – 1