Ölkə futbolu
Püşk bu həftə atılacaq
Topaz Premyer Liqasında 2017/2018-ci illər mövsümünə…
Topaz Premyer Liqasında 2017/2018-ci illər mövsümünə avqustun 12-də start verilməlidi. Lakin hələ də yeni mövsümün püşkü atılmayıb.
Futbolinfo.az xəbər verir ki, bu çatışmazlıq tezliklə həllini tapacaq. Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevin dediyinə görə, həftə ərzində püşk atılacaq: “Çərşənbə axşamı, ya da çərşənbə günü püşkü atacağıq. Bu barədə gün ərzində məlumat veriləcək”.
Mövsümün təqvimi isə avrokubok matçlarından sonra müəyyənləşəcək. “Qarabağ” və “Qəbələ”nin taleyinə aydınlıq gəldikdən sonra təqvim dəqiqləşəcək.