Dünya futbolu
Beto Super Liqa klubunda
Bu il Türkiyə Super Liqasına vəsiqə qazanan “Gözt?…
Bu il Türkiyə Super Liqasına vəsiqə qazanan “Göztəpə” heyətini yeni futbolçuyla gücləndirib. Futbolinfo.az xəbər verir ki, İzmir təmsilçisi portuqaliyalı qolkiper Antonio Alberto Bastos Pimparellə (Beto) anlaşıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 35 yaşlı qolkiperlə 2 illik müqavilə bağlandığı qeyd edilib.
Betonun son klubu “Sportinq” olub. O, Lissabon təmsilçisindən başqa, “Sevilya”, “Portu”, ÇFR kimi klublarda da çıxış edib. Beto Portuqaliya millisinin də üzvü olub.