Ölkə futbolu
“Zirə” daha bir legioner alacaq
“Zirə” daha bir futbolçu transfer etməyi planlaş…
“Zirə” daha bir futbolçu transfer etməyi planlaşdırır. “Qartallar” hücum xəttində rəqabət yaratmaq üçün axtarışdadı.
Futbolinfo.az saytının əməkdaşı ilə söhbətdə “qartallar”ın baş məşqçisi Ayxan Abbasov bunu etiraf edib: “Heyət tam komplektləşib. Sıralarımızda olan futbolçulardan razıyam. Amma yarımmüdafiə xəttinə və ya hücuma daha bir oyunçu almağı planlaşdırırıq. Xüsusilə ön xəttdə rəqabəti artırmaq üçün yeni futbolçuya ehtiyacımız var. Səviyyəli yerli oyunçu tapmaq çətindi, hamının klubları ilə müqaviləsi var. Bu səbəbdən yəqin ki, əcnəbi transfer edəcəyik”.