Dünya futbolu
Serjinyo Türkiyə klubu ilə müqavilə imzaladı
Türkiyənin "Akhisar Bələdiyyəspor" klubu növb?…
Türkiyənin "Akhisar Bələdiyyəspor" klubu növbəti transferini rəsmiləşdirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi braziliyalı futbolçu Serjinyonu heyətinə cəlb edib. Bu barədə Akhisar təmsilçisinin rəsmi saytı məlumat yayıb. 30 yaşlı dayaq yarımmüdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.
Serjinyo peşəkar karyerasına Braziliyanın "Villa Nova" klubunda başlayıb. O, ölkəsinin "Atletiko Mineyro", "Reqatas", "Krisiuma", "Vasko da Qama" və "Sport Resife" klublarının da formasını geyinib. Son olaraq BƏƏ-də "Əl-Vasl" klubunda çıxış edən yarımmüdafiəçi geridə qalan mövsümdə cəmi 12 oyunda meydana çıxıb.