Dünya futbolu
Super Liqadan İtaliya A Seriyasına
İtaliyanın "Udineze" klubu növbəti transferini rəsm…
İtaliyanın "Udineze" klubu növbəti transferini rəsmiləşdirməyə yaxındı. Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi Türkiyənin "Konyaspor" klubunun bosniyalı hücumçusu Riyad Bayiçi heyətinə qatır.
Bu barədə məlumatı Super Liqa təmsilçisinin rəsmi saytı yayıb. Tezliklə İtaliya klubunun düşərgəsinə yollanıb tibbi yoxlamadan keçəcək futbolçu rəsmi müqaviləyə də imza atacaq.
Hələlik, müqavilənin detalları barədə məlumat verilmir. Lakin Türkiyə mətbuatı İtaliya təmsilçisinin "Konyaspor"a 5 milyon avro təzminat ödəyəcəyini yazıb.
Qeyd edək ki, 23 yaşlı forvard Bosniya və Herseqovinanın "Jelezniçar" klubunun yetirməsidi. O, 2015-ci ildə məhz bu klubdan "Konyaspor"a gəlib. Geridə qalan mövsümdə Riyad Super Liqada çıxdığı 32 oyunda 17 qola imza atıb və komandasının bürünc medalları qazanmasında böyük pay sahibi hesab olunur.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”