Dünya futbolu
Adı "Qarabağ"la birgə hallanan futbolçu rəsmən "Karpatı"da
Ukrayna yığmasının futbolçusu Artyom Fedetskinin yeni klubu…
Ukrayna yığmasının futbolçusu Artyom Fedetskinin yeni klubunun adına rəsmən aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, 32 yaşlı sağ cinah müdafiəçisi ölkəsinin "Karpatı" klubu ilə müqavilə imzalayıb. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Fedetski qarşıdakı 2 mövsümü bu komandada, 44 nömrəli forma altında keçirəcək.
Qeyd edək ki, bir müddət öncə Fedetskinin "Qarabağ"a gələcəyi barədə xəbərlər yayılmışdı.
Fedetski peşəkar karyerasına Kiyev "Arsenal"ında başlayıb (2006-2007). Ardınca "Xarkov"a keçən (2007-2008) müdafiəçi 2008-ci ildə "Şaxtyor"a transfer olunub. 2009-2012-ci illərdə "Karpatı"ya icarəyə verilən futbolçu 2012-ci ildə "Dnepr"ə keçib. Onun son iş yeri Almaniyanın "Darmştadt" klubu olub. O, ötən mövsüm Bundesliqada 16 rəsmi oyuna çıxıb. 2010-cu ildən Ukrayna millisinə çağırılan müdafiəçi 53 oyunda 2 qola imza atıb. O, sonuncu dəfə bu ilin 24 martında Xorvatiya ilə matçda milli formanı geyinib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”