Ölkə futbolu
Topaz Premyer Liqasında yeni mövsümün püşkü atıldı
Bu gün Topaz Premyer Liqasında 2017/18 mövsümün&u…
Bu gün Topaz Premyer Liqasında 2017/18 mövsümünün püşkatma mərasimi keçirilib.
Futbolinfo.az xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan tədbirdə yeni mövsümün iştirakçıları ilk turdakı rəqiblərini tanıyıblar.
Qeyd edək ki, yeni mövsümdə “Qarabağ”, “Qəbələ”, “İnter”, “Zirə”, “Sumqayıt”, “Kəpəz”, “Neftçi” və Premyer Liqanın debütantı “Səbail” mübarizə aparacaq.
Çempionatın ilk turu avqustun 12-13-də baş tutacaq. Püşkdə də məhz mövsümün açılış turunda qarşılaşacaq cütlər məlum olub.
Yarışın tam təqvimi isə yaxın günlərdə bəlli olacaq.
Beləliklə, Premyer Liqamızın ilk turunda aşağıdakı kollektivlər üz-üzə gələcəklər:
Topaz Premyer Liqası
1-ci tur
12-13 avqust
"İnter" – "Qəbələ"
"Neftçi" – "Qarabağ"
"Zirə" – "Səbail"
"Sumqayıt" – "Kəpəz"
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar