Ölkə futbolu
Ramin Musayev: "Onların qərəzli olmadığına cavabdehəm"
Azərbaycanlı futbol hakimləri əvvəlki illərlə müqayisədə…
Azərbaycanlı futbol hakimləri əvvəlki illərlə müqayisədə bu il ölkə xaricində toplanış keçmədilər. Bu isə müəyyən söz-söhbətə səbəb oldu.
Futbolinfo.az xəbər verir ki, bu gün AFFA-da keçirilən Azərbaycan Premyer Liqasının püşkatması mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev hakimlərlə bağlı məsələyə aydınlıq gətirib:
“Bəziləri hakimlərimizin getməməsini maddi durumla əlaqələndirdilər. Amma elə deyil. Referilərimiz getdikləri ölkədə oyun idarə etməyəcəklərsə, ora getməyin nə mənası var? Bizə Bolqarıstan və digər ölkələrdən dəvət məktubu gəldi. Amma yoxlama oyunlarının sayı cəmi 8 idi. Bu qədər oyuna görə onları ölkə xaricinə göndərməyə ehtiyac duymadıq.
Hakimlərin səhvləri həmişə olub, yenə olacaq. Əsas odu ki, qərəz olmasın. Hakimlərimizin qərəzli olmadığına cavabdehəm”.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…