Dünya futbolu
“Panatinaikos” Bakıya 21 futbolçu ilə gəlir
UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsi çər&c…
UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində sabah “Qəbələ”nin qonağı olacaq Yunanıstanın “Panatinaikos” klubunun Bakıdakı cavab oyununa hansı heyətlə gələcəyi müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, Afina təmsilçisi ölkəmizə 21 futbolçu ilə gələcək.
Baş məşqçi Marinos Uzunidis ilk görüşlə müqayisədə bu dəfə 2 yox, 3 qapıçının adını heyətə daxil edib. Belə ki, İngiltərə klublarına transferi gündəmdə olduğu üçün Yunanıstandakı matçı buraxan Luk Stil bu dəfə komanda ilə birgə olacaq. Həmçinin, Giorgos Kutrubis və Paskalis Staykos da ilk dəfə “Qəbələ”yə qarşı oynamaq imkanı əldə ediblər.
Əvəzində ilk görüşdə iştirak edən Brayan Kabezas, Dimitrios Emmanulidis və Lautaro Rinaldi bu dəfə baş məşqçinin diqqətindən kənarda qalıblar. Rasmus Telander klubla problemi olduğu, Lukas Villifanez isə zədədən əziyyət çəkdiyi üçün yenə şans qazanmayacaq.
Qapıçılar: 1. Konstantinos Kotsaris, 15. Luk Stil, 99. Odisseas Vlaxodimos;
Müdafiəçilər: 4. Giorgos Kutroubis, 6. Dimitrios Kolovetsios, 23. Niklas Hult, 31. Rodriqo Moledo, 41. Stefanos Evengelu, 78. Osman Kulibali;
Yarımmüdafiəçilər: 5. Nuno Reis, 7. Omri Altman, 10. Zeka, 17. Robin Lod, 26. Xristos Donis, 34. Paskalis Staykos, 39. Stefanos Çatzigiovannis, 46. Yannis Buzukis, 18. Lusiano, 21. Dimitris Kurbelis;
Hücumçular: 8. Gilyermo Molins, 49. Sotiris-Pantelis Pispas.
Qeyd edək ki, sabah 8-ci km qəsəbə stadionunda keçiriləcək “Qəbələ” – “Panatinaikos” oyunu saat 21:00-da başlayacaq. İlk matçda yunanlar öz meydanlarında 1:0 hesablı qələbə qazanıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”