Bizi izləyin

Ölkə futbolu

Eyvazovun zoru, Lənkəran xoru

3 aylıq həsrət bitdi. Millinin oyunları, avrokubok matçlar?…

blank
3 aylıq həsrət bitdi. Millinin oyunları, avrokubok matçları bir yana, əsl futbol bayramını yaşamaq üçün gözlədiyimiz ölkə çempionatının yeri başqadı. Və Topaz Premyer Liqasında yeni mövsümün  startına 10 gün qalmış püşk atıldı.
 
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev tədbirin əvvəlində bir sıra dəyişikliklər barədə məlumat verdi. Amma əslində, böyük anlamda heç nəyin dəyişmədiyini deyə bilərik. Başabəla legioner limiti, reqlament, hətta çempionatın oynanılacaq topları da – ötən mövsümkünün eynidi.
 
Püşkatmada klub təmsilçiliyində bir qədər fərq var idi. Əvvəllər əksər klublar tədbirdə mətbuat xidməti, bəzən klubun digər işçiləri səviyyəsində təmsil olunurdusa, son tənqidlərdən qismən nəticə çıxarılmışdı. 6 klub baş menecer, menecer və ya lisenziyalaşdırma üzrə (!) menecerlə təmsil olunmuşdusa, “Zirə” icraçı direktorunu göndərmişdi. “Ənənə”yə sadiq qalan yalnız “Sumqayıt” idi. Kamran Quliyev rəhbəri olduğu klubdan yalnız mətbuat katibini tapıb AFFA-nın inzibati binasına ezam edə bilmişdi.
 
Rəsmi nümayəndələrdən başqa, “Kəpəz”in Müşahidə Şurasının rəhbəri Mikayıl Nərimanoğlu və “Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov da jurnalistlərlə bir sırada əyləşib Musayevin idarə etdiyi tədbiri izləyirdi.
 
İlk turda qarşılaşacaq rəqiblər bəlli olanda isə Eyvazovun sifətini görməyə dəyərdi. Çempionatın əvvəlində münasib rəqiblərlə düşüb xal ehtiyatı yığmaq, bununla da təzyiqlərdən bir müddətlik qurtulmaq istəyən bakılıların rəsmisi “Qarabağ”ın onlara rəqib olduğunu biləndə sanki qol-qanadı qırıldı. Çempionun həmin ərəfədə başı ÇL-in pley-offuna qarışacağından bu püşkü qənətbəxş hesab etmək olardı. Lakin ağdamlıların ikinci heyəti də bu gün darmadağın olmuş “Neftçi” üçün təhlükə mənbəyidi. Bu səbəbdən Elnur bəyin məyusluğunu başa düşmək olardı.
 
Nərimanoğlu da sevinirdi. Cümə günü aşıqlanacaq tam təqvimdə gəncəlilərin ilk dövrədə 3 oyunu evdə keçirməsi dəqiqləşməlidi. Şəhər stadionunun istifadəyə veriləcəyi günə kimi ev matçlarını rəqiblərin meydanında keçirməyə qərar verən “Kəpəz” üçün bu, uyğun variantdı – deməli, belədə daha az komandaya ağız açmaq, xahiş etmək lazım gələcək.
 
“Kəpəz”lə bağlı Musayevin xahişi və hədəsi də maraqlı idi. O, klubları “Kəpəz”ə münasibətdə xeyirxah olmağa, onların xahişini nəzərə almağa çağırdı. Ardınca komandanın ev oyunlarını Tovuzda, Qazaxda keçirə biləcəyi ilə bağlı dedikləri isə sanki hədə idi. Yəni ki, razılaşmasaz, size bərbad stadionlara “sürgün” gözləyir.
 
* “Qarabağ”ın formasına ilk ulduzu vurması üçün əngəl qalmayacaq. PFL prezidenti rəsmən bəyan etdi ki, 5 dəfə çempion olanlara bu hüquq veriləcək və ağdamlılar da bunu edəcək.
* Yeni mövsümdə yenə gənc oyunçularla bağlı limit tətbiq olunacaq. Çempionatın startına kimi yığışması planlaşdırılan AFFA İcraiyyə Komitəsinin iclasında bu məsələ müzakirə olunub, rəsmiləşməlidi. Amma klublara 1996-çı il və daha cavan olan bir oyunçunun mtləq heyətə salınacağıyla bağlı xəbərdrlıq edilib ki, hazırlıqlı olsunlar.
* PFL-in maraqlı və lazımlı dəyişikliklərindən biri icarəyə göndərilən futbolçularla bağlıdı. Klublar icarəyə verdikləri oyunçuların özlərinə qarşı oynamalarını qadağan edə bilməyəcək. Bunu çempionatda komanda sayının az olması, klubların 4 dəfə üz-üzə gəlməsi ilə izah edən Musayev belə məqsədli müraciətlərə baxmayacaqlarını bəyan etdi.
* Növbəti mövsümdən əvəzedicilər əsas komandadan əvvəlki kimi, bir gün əvvəl yox, bir gün sonra oynayacaq. PFL bunu məşqçilərin xahişi əsasında qəbul etdiklərini, amma özünün bu ideyanın tərəfdarı olmadığını bildirdi. İzahatında da məntiq vardı: “Qonaq komandalar, məsələn, Gəncədə uduzduqdan sonra baş məşqçinin daha bir gün qalıb əvəzedicilərin oyununu izləyəcəyinə, ehtiyat qüvvəyə baxacağına əmin deyiləm”.
* Birinci divizionda 12 komandanın çıxış etməsi gözlənilir. Ancaq Ramin bəy hələlik konkret ad açıqlamağı məqsədəuyğun bilmədi. Bunun səbəbi isə onların hamısının iştirakının dəqiqləşməməsidi. Bu ildən hamıdan çempionatda çıxış üçün zəmanət məktubu tələb ediləcək: “Elə klublar olur ki, oyunçuları yığısıb bura gəlir, kömək istəyirlər. Bu cür halların yaşanmaması ücün ancaq zəmanət məktubu təqdim edən klublar buraxılacaq”.
* “Xəzər Lənkəran” rəsmilərinin hazırkı rəhbərlik ola-ola çempionata qayıtmayacaqlarını bəyan etməsinə münasibət bildirən Ramin bəy həmin sözü kimin dediyini dəqiqləşdirmək istədi. “Prezident Mais Mənsimov, icraçı direktor Tuyqun, yoxsa ikisi də xorla” – Musayevin suala sualla cavab verməsi gülüşə səbəb oldu. Ardınca o, elə eyni istehzalı tərzdə davam etdi: “Onlar düz deyirlərsə, mən istefa verməyə hazıram. İnsan səhvi birinci özündə axtarmalıdı. Necə işlədiklərinə, niyə o vəziyyətə düşdüklərinə baxsınlar” .
* Hakimlərin xaricə toplanışa getməmələrinə don geyindirməyə çalışan Musayev onlar üçün oyun sayının azlığını bəhanə etdi. O, Qusardakı qısamüddətli hazırlığın kifayətedəcəyini bildirdi. Lakin danışığından da hiss olunurdu ki, buna heç özü  də inanmır, lakin rəhbərlərini ələ verməmək üçün belə deməyə məcburdu.
* Həmişə şaqraq Musayevdən tədbir-boyu əlamət görmədik. Səhhəti, eyni zamanda AFFA daxilində küncə sıxışdırılması prezidenti pəjmürdə etmişdi. Bununla belə, o, sonda yenə əhval-ruhiyyəni dəyişə bildi. “Qarabağ”dan başqa bütün klubların onlara borclu olduğunu deyən Musayev klubların nazı ilə oynadıqlarını söylədi: “Bir də görürsən, Qriqorçukun kefi saat 4-də oynamağı istədi, razılaşırıq. Və ya “Qarabağ” oyunun vaxtının dəyişdirilməsini tələb edir, səbəb də göstərirlər ki, namaz qılmağa gedəcəyik”.
 
AĞA
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-24 01:27

“Yuventus” finalda!

blank
Dünya futbolu2024-04-24 01:11

“Çelsi” “Arsenal”a biabırçı hesabla uduzdu

blank
Digər idman növləri2024-04-24 00:15

Azərbaycan çempionatına start verildi

blank
Dünya futbolu2024-04-23 23:51

“Beşiktaş” yarımfinalın ilk görüşündə qol vura bilmədi

blank
Digər idman növləri2024-04-23 22:07

Dünya Güləş Birliyi Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqlədi

blank
Milli komanda2024-04-23 21:51

Millimiz Belarus yığmasına böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-04-23 21:19

Musiala üçün daha bir müştəri

blank
Premyer-liqa2024-04-23 20:54

“Sabah” – “Səbail” oyununa xüsusi diqqət: Hədiyyələr olacaq

blank
Dünya futbolu2024-04-23 20:35

Bellingemin ən doğru addımı

blank
Digər idman növləri2024-04-23 19:38

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-23 19:19

“Göygöl”, “Şahdağ Qusar” və “Füzuli”dən qələbə

blank
Dünya futbolu2024-04-23 19:01

“Liverpul”un futbolçusu iki həftəlik sıradan çıxıb

blank
Ölkə futbolu2024-04-23 18:44

“Fürsət düşsə, Rumıniyaya qayıdardım” – “Neftçi”nin futbolçusu

blank
Milli komanda2024-04-23 18:26

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-23 18:09

“Qarabağ”ın uğurlarına sevinirəm, amma “Neftçi” mənə daha əzizdir” – VİDEO

blank
Digər idman növləri2024-04-23 17:52

Samboçular Göygöldə hazırlaşır

blank
Dünya futbolu2024-04-23 17:35

“Barselona” və “Bayern”i istəmədi, klubu ilə yeni müqavilə bağladı

blank
Ölkə futbolu2024-04-23 17:18

Yarımfinal oyunlarının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-23 17:01

AGF rəhbərliyi memorandum imzaladı

blank
Digər idman növləri2024-04-23 16:44

Bellingemə mükafatı Alkaras verdi

blank
Milli komanda2024-04-23 16:30

Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”

blank
Milli komanda2024-04-23 16:16

Millimiz Belarusda beynəlxalq turnirə qatılacaq

blank
Dünya futbolu2024-04-23 16:00

Varelanı Münhendə gözləyirlər

blank
Dünya futbolu2024-04-23 15:43

“Barselona” Arauxonu satmağa məcburdur

blank
Dünya futbolu2024-04-23 15:25

Modriç Madriddə qalır

blank
Dünya futbolu2024-04-23 15:08

AÇ-2024-ün oyunlarını idarə edəcək hakimlər bəlli oldu

blank
Digər idman növləri2024-04-23 14:52

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq

blank
Ölkə futbolu2024-04-23 14:38

Bakıda UEFA fitnes məşqçilik kursunun 1-ci modulu başlayıb

blank
Digər idman növləri2024-04-23 14:20

Meydançaya 1000-dən çox kepka atıldı

blank
Digər idman növləri2024-04-23 14:02

“Medison Skver Qarden” ən sevimli arena seçildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm