Dünya futbolu
“Barselona” Neymarı PSJ-yə satmağa razılaşdı – 222 milyon avroya
Braziliya yığmasının ulduz futbolçusu Neymarın İspaniyan?…
Braziliya yığmasının ulduz futbolçusu Neymarın İspaniyanın “Barselona” klubu ilə yolları ayrılıb. Futbolinfo.az xəbər verir ki, Fransanın PSJ klubuna keçidi gündəmdən düşməyən hücumçu Kataloniya təmsilçisinin bu gün səhər keçirilən məşqində iştirak etməyib.
Artıq “Barselona” bununla bağlı rəsmi açıqlama da yayıb. Klubun saytında verilən məlumatda Neymarın komandadan getmək istədiyi qeyd olunub: “Səhər məşqindən əvvəl Neymar komandadan getmək istədiyini bildirdi. Buna görə də, ona icazə verildi ki, gələcək karyerası ilə bağlı məsələni həll etsin”.
PSJ da bu transferi mümkün qədər tez bitirmək üçün əlindən gələni edir. Paris klubu Neymar üçün tələb olunan vəsaiti bu gün ödəyəcək. Bu barədə məlumatı braziliyalı futbolçunun agenti Vaqner Ribeyro verib: “PSJ Neymar üçün tələb olunan kompensasiyanı bu gün ödəyəcək. Həftənin sonuna qədər isə onun təqdimat mərasimi olacaq”.
Qeyd edək ki, PSJ “Barselona”ya 222 milyon avro ödəməlidi. Transfer baş tutacağı təqdirdə, Neymar dünyanın ən bahalı futbolçusu olacaq.
Bu arada “Barselona”nın hücumçusu Lionel Messi komanda yoldaşı Neymarla vidalaşıb. Leo şəxsi “İnstaqram” hesabında özüylə Neymarın yanaşı qoyulmuş formalarının şəklini paylaşaraq, belə yazıb: “Bu illər ərzində səninlə birlikdə uğurlar qazanmaq xoş idi, dost. Sənə karyeranın yeni mərhələsində uğurlar arzulayıram. Görüşənədək”.
Xatırladaq ki, Neymar “Barselona”ya 2013-cü ildə, 88,2 milyon avro qarşılığında “Santos”dan transfer edilib. Braziliyalı hücumçunun bu həftə 222 milyon avro qarşılığında PSJ-yə transfer olunması gözlənilir.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”