Ölkə futbolu
"Panatinaikos"la matça hazırlıq yekunlaşdı – FOTOLAR
Sabah Avropa Liqasının 3-cü təsnifat mərhələsi çər&…
Sabah Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində doğma meydanda Yunanıstan "Panatinaikos"u ilə cavab matçına çıxacaq "Qəbələ" bu vacib görüşə hazırlığı yekunlaşdırıb.
Futbolinfo.az xəbər verir ki, Roman Qriqorçukun çalışdırdığı kollektiv matçdan öncəsi son məşqini oyunun baş tutacağı 8-ci km qəsəbə stadionunda gerçəkləşdirib.
"Qəbələ" – "Panatinaikos" matçı avqustun 3-də keçiriləcək və saat 21:00-da start götürəcək. Bu klublar arasındakı ilk oyunda yunanlar qalib gəliblər – 1:0.