Dünya futbolu
Çempiondan növbəti transfer
Fransa çempionu "Monako" növbəti transferini r?…
Fransa çempionu "Monako" növbəti transferini rəsmiləşdirib.
Futbolinfo.az xəbər verir ki, sözügedən klub "Renn"də forma geyinən hücumçu Adama Diakabini heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Fransanın gənclərdən ibarət yığmasının da şərəfini qoruyan hücumçu 5 illik müqaviləyə imza atıb.
"Kan" və "Renn" klublarının yetirməsi olan Diakabi peşəkar karyerasına 2016-cı ildən başlayıb. O, geridə qalan mövsümdə "Renn"də keçirdiyi 25 oyunda 4 qola imza atıb.