Ölkə futbolu
“Qarabağ” bu 5 komandadan birinə rəqib olacaq
“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mə…
“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatmasında “səpələnməmişlər” arasında yer alacaq. Ağdam klubu qrup mərhələsinə gedən yolda son maneəni keçmək üçün reytinqdə özündən üstün olan komandanı üstələməlidir.
Futbolinfo.az xəbər verir ki, çempionumuz pley-offda “Olimpiakos” (Yunanıstan), “Seltik” (Şotlandiya), “Kopenhagen” (Danimarka), APOEL (Kipr) və ya “Maribor”la (Slovaniya) qarşılaşacaq.
Çempionlar Liqası
Çempionlar yolu
Səpələnmişlər
“Olimpiakos” (Yunanıstan)
“Seltik” (Şotlandiya)
“Kopenhagen” (Danimarka)
APOEL (Kipr)
“Maribor” (Slovaniya)
Səpələnməmişlər
“Qarabağ” (Azərbaycan)
“Astana” (Qazaxıstan)
“Riyeka” (Xorvatiya)
“Hapoel” (Beyer-Şeva, İsrail)
“Slaviya” (Çexiya)
Liqa yolu
Səpələnmişlər
“Sevilya” (İspaniya)
“Napoli” (İtaliya)
“Liverpul” (İngiltərə)
MOİK (Rusiya)
“Sportinq” (Portuqaliya)
Səpələnməmişlər
“Styaua” (Rumıniya)
“Yanq Boyz” (İsveçrə)
“Nitsa” (Fransa)
“Hoffenhaym” (Almaniya)
“Başakşəhər” (Türkiyə)
Qeyd edək ki, pley-offun ilk oyunları avqustun 15-16-da, cavab görüşləri 22-23-də keçiriləcək.