Dünya futbolu
TFF də təsdiqlədi – Mirça Luçesku rəsmən millidə!
Türkiyə Futbol Federasiyası (TFF) qardaş ölkənin əsas y…
Türkiyə Futbol Federasiyası (TFF) qardaş ölkənin əsas yığma komandasının yeni baş məşqçisinin kim olacağına rəsmən aydınlıq gətirib.
Futbolinfo.az xəbər verir ki, bu postu rumıniyalı mütəxəssis Mirça Luçeskunun tutacağı təsdiqlənib. Bu barədə TFF-nin rəsmi saytı məlumat yayıb. Məlumatda bunlar qeyd olunub:
"TFF-nin idarə heyəti millinin baş məşqçi postu üçün Mirça Luçesku ilə 2+1 illik anlaşıb. İmza mərasimi avqustun 4-də baş tutacaq. Türkiyə futboluna xeyirli olmasını diləyirik".
Qeyd edək ki, Luçesku ilə "Qalatasaray" da danışıq aparırdı. Lakin TFF 72 yaşlı rumın məşqçini razı salmağı bacarıb.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-04 18:23
“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-03 18:15
“Qarabağ” – “Neftçi” matçının təyinatları açıqlandı