Ölkə futbolu
"Herta"nın baş məşqçisi: "Neftçi"yə daha çox qol vurmalı idik"
Almaniyanın “Herta” klubunun baş məşqçisi Pal D…
Almaniyanın “Herta” klubunun baş məşqçisi Pal Dardai Avstriya toplanışı çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisinin çalışdırıcısı klubun rəsmi saytına açıqlamasında 4:0 hesabı ilə qalib gəldikləri oyunda komandasından daha çox qol gözlədiyini bildirib:
“Bir həftədi təlim-məşq toplanışındayıq. Ancaq artıq komandanın işindən razıyam. “Neftçi” ilə oyun vacib idi. Komandamdan razı qaldım. Ancaq düşünürəm ki, daha çox qol vurmalı idik. İlk hissədə yaxşı çıxış etdik. İkinci hissədə isə meydana az çıxan futbolçulara şans verdim. Ümumiyyətlə, bu oyun müəyyən nəticələr çıxarmaq baxımından bizə çox şey verdi”.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı