Dünya futbolu
Neqredo "Beşiktaş"la rəsmi müqavilə bağladı
Türkiyənin "Beşiktaş" klubu növbəti transferin…
Türkiyənin "Beşiktaş" klubu növbəti transferini rəsmiləşdirib.
Futbolinfo.az xəbər verir ki, İstanbul nəhəngi ispaniyalı hücumçu Alvaro Neqredonu heyətinə qatıb. 31 yaşlı futbolçu bu gün Türkiyə ilə 2+1 illik rəsmi müqaviləyə imza atıb. Məlumatı klubun rəsmi saytı yayıb.
"Ağ-qaralar" Neqredoya görə onun sabiq klubu "Valensiya"ya 2,5 milyon avro təzminat ödəyib. Alvaro özü isə qarşıdakı 3 il içində "Beşiktaş"dan bütövlükdə 12,7 milyon avro gəlir əldə edəcək. Onun ilk iki mövsümdə ilinə 4 milyon 350 min avro qazanacağı bildirilir. 2018/19 mövsümünün sonunda Türkiyə Kuboku nəzərə alınmadan 25-dən çox rəsmi oyuna çıxacağı halda, onunla daha 1 illik müqavilə imzalanacaq. Belədə, Neqredo daha 4 milyon avro qazanacaq.
Qeyd edək ki, İspaniya yığmasının da formasını geyinmiş Alvaro karyerası ərzində "Rayo Valyekano", "Real", "Almeriya", "Sevilya", "Mançester Siti" və "Midlsbro" klublarında çıxış edib.