Dünya futbolu
Ramires İtaliya klubu ilə müqavilə imzaladı
İtaliyanın "Sampdoriya" klubu növbəti transferini r?…
İtaliyanın "Sampdoriya" klubu növbəti transferini rəsmiləşdirib.
Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi İngiltərənin "Midlsbro" klubunun yarımmüdafiəçisi Qaston Ramireslə güclənib. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Lakin İtaliya təmsilçisi 27 yaşlı uruqvaylı futbolçu ilə müqavilənin müddəti və detallarını açıqlamayıb.
İtaliya mətbuatı isə Ramiresin "Sampdoriya"ya 9 milyon avroya başa gəldiyini yazıb.
Uruqvay yığmasında 40-dan çox oyun keçirmiş Qaston peşəkar karyerasına 2008-ci ildə "Penyarol"da başlayıb. 2010-cu ildə o, "Bolonya" tərəfindən transfer olunub. 2012-ci ildə Ramires İngiltərəyə – "Sauthempton"a üz tutub. 2014/15 mövsümünü "Hall Siti"də icarədə keçirən futbolçu 2016-cı ildən "Midlsbro"da oynayırdı.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”