Dünya futbolu
"Tottenhem"dən "Aston Villa"ya
İngiltərənin "Tottenhem" klubunun yarımmüdafiə&cce…
İngiltərənin "Tottenhem" klubunun yarımmüdafiəçisi Coş Onoma növbəti mövsümü Çempionşipdə keçirəcək.
Futbolinfo.az xəbər verir ki, 20 yaşlı futbolçu aşağı liqa təmsilçisinə icarəyə verilib. Bu barədə "Aston Villa"nın rəsmi saytı məlumat yayıb. İngiltərənin U-21 millisinin üzvü ilə 1 illik icarə müqaviləsi imzalanıb. Belə ki, o, mövsümün sonunda yenidən "Tottenhem"ə geri dönəcək. Onoma "Aston Villa"ya gəlməzdən öncə klubu ilə müqaviləsinin müddətini 2021-ci ilə qədər artırıb.
Onoma "Tottenhem"in yetirməsidi. Yarımmüdafiəçi İngiltərənin U-16 yığmasından etibarən müxtəlif yaş qrupları üzrə milli komandalarında forma geyinib.