Ölkə futbolu
Əsgərov hesabı açdı, komandası 5 qola sevindi
Futbol üzrə Latviya birinci liqasında 14-cü turun oyunlar?…
Futbol üzrə Latviya birinci liqasında 14-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun komandası – "Olayne" də növbəti matçına çıxıb. Sözügedən klub səfərdə "JDFS Alberts" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 5:1.
Start heyətdə meydana çıxan Vüqar sonadək oynayıb. Oyunda hesabı da 19-cu dəqiqədə futbolçumuz açıb. Bu, onun cari mövsümdə vurduğu 11-ci qol olub.
"Olayne" 14 turdan sonra 26 xalla 14 komanda arasında 3-cü pillədə qərarlaşıb.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı