Dünya futbolu
"Ayntraxt" Dadaşovsuz darmadağına sevindi
Almaniya Bundesliqasının yeni mövsümünə hazırlaşan…
Almaniya Bundesliqasının yeni mövsümünə hazırlaşan "Ayntraxt" növbəti sınaq matçını keçirib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi Frankfurt təmsilçisi İspaniyanın "Betis" klubu ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.
Dadaşov bu qarşılaşmanın iştirakçısı olmayıb. “Ayntraxt”ın baş məşqçisi Niko Kovaç əvvəlki oyunlardan fərqli, bu matçda həmyerlimizə şans verməyib.