Dünya futbolu
Burak Yılmaz rəsmən "Trabzonspor"da – VİDEO
Türkiyə yığmasının hücumçusu Burak Yılmazın &q…
Türkiyə yığmasının hücumçusu Burak Yılmazın "Trabzonspor"a dönüşü tam rəsmiləşib.
Futbolinfo.az xəbər verir ki, Trabzon təmsilçisi bu barədə rəsmi saytı vasitəsilə açıqlama yayıb. Burak köhnə-yeni klubu ilə 3 illik müqavilə imzalayıb. Milli üzvü 17 nömrəli forma altında çıxış edəcək.
"Trabzonspor"un mətbuat xidməti Burakın dönüşünə dair maraqlı videoçarx da hazırlayıblar. Belə ki, sosial şəbəkələrdə paylaşılan "O, artıq aid olduğu yerdədi" başlıqlı videoda Yılmaz özü də danışıb: "Aid olduğum yerdəyəm".
Xatırladaq ki, 2009/10 mövsümünün dövrələrarası fasiləsi zamanı "Fənərbaxça"dan "Trabzonspor"a gələn Burak 2,5 mövsüm ərzində bu komandada çıxdığı 75 oyunda 55 qola imza atmışdı. O, ötən ildən Çinin "Beijing Qoan" komandasında çıxış edirdi.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib