Dünya futbolu
Sneyderin yeni klubu məlum oldu
Hollandiya millisinin üzvü Uelsi Sneyderin yeni klubunun ad?…
Hollandiya millisinin üzvü Uelsi Sneyderin yeni klubunun adına aydınlıq gəlib.
Futbolinfo.az xəbər verir ki, "Qalatasaray"la yollarını ayıran futbolçu karyerasını Fransada davam etdirəcək. Təcrübəli futbolçu Fransa yüksək liqasında mübarizə aparan "Nitsa" klubu ilə anlaşıb. Bu barədə məlumatı sözügedən klubun rəsmi yayıb. Bildirilir ki, Sneyderlə prinsipial razılıq əldə olunub.
33 yaşlı yarımmüdafiəçi artıq Nitsaya gedib. Onun bu gün tibbi müayinədən keçməsi və müqavilə imzalaması gözlənilir.
Xatırladaq ki, Sneyder bu yay 2012-ci ildən çıxış etdiyi “Qalatasaray”la müqaviləni qarşılıqlı şəkildə ləğv edib.