Dünya futbolu
Sneyderin ardınca 10 milyon avroluq daha bir transfer
Fransanın "Nitsa" klubu "Qalatasaray"dan ayrılan…
Fransanın "Nitsa" klubu "Qalatasaray"dan ayrılan Hollandiya yığmasının futbolçusu Uesli Sneyderin ardından daha bir transfer həyata keçirib.
Futbolinfo.az xəbər verir ki, sözügedən klub bu dəfə fransalı yarımmüdafiəçi Allan Sen-Maksimeni heyətinə qatıb. Bu barədə Nitsa şəhərinin eyniadlı təmsilçisinin rəsmi sayt məlumat yayıb.
20 yaşlı futbolçunun yeni klubu ilə neçə illik müqavilə imzaladığı açıqlanmasa da, Fransa mətbuatı bu transferin "Nitsa"ya 10 milyon avroya başa gəldiyini yazıb.
"Sent-Etyen"in yetirməsi olan futbolçu "Nitsa"ya "Monako"dan transfer olunub. O, 2015-ci ildən bu klubda olsa da, 2015/16 mövsümünü "Hannover"də, geridə qalan mövsümü də "Bastiya"da icarədə oynayıb.