Ölkə futbolu
"Sumqayıt" da iştirak ərizəsini açıqladı
“Sumqayıt” yeni mövsüm üçün i?…
“Sumqayıt” yeni mövsüm üçün iştirak ərizəsini Peşəkar Futbol Liqasına (PFL) təqdim edib.
Futbolinfo.az xəbər verir ki, Sumqayıtın eyniadlı təmsilçisi iştirak ərizəsinə 19 oyunçunun adını daxil edib.
Siyahıda "Qəbələ"dən icarəyə götürülmüş hücumçu Ramil Həsənovun adının yer almaması diqqət çəkir. Böyük ehtimalla onun da adı tezliklə bu komandanın iştirak ərizəsində yer alacaq.
Siyakıdakı futbolçuların hamısı azərbaycanlıdı. Komanda yeni mövsümə 3 qapıçı, 6 müdafiəçi, 9 yarımmüdafiəçi və 1 hücumçu ilə başlayır.
“Sumqayıt” yeni mövsümdə ilk oyununu avqustun 13-də “Kəpəz”ə qarşı keçirəcək.