Dünya futbolu
Arda Türkiyə millisinə qayıdır
İspaniyanın "Barselona" klubunun yarımmüdafiə&ccedi…
İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Arda Turan Türkiyə millisinə qayıdır.
Futbolinfo.az xəbər verir ki, belə bir iddia ilə qardaş ölkə mətbuatı çıxış edib. Türkiyəli həmkarlarımızın yazdığına görə, o, İspaniyada yığmanın yeni baş məşqçisi Mirça Luçesku ilə görüşüb.
Görüşdən sonra Arda milliyə qayıtmaq qərarına gəlib. Rumıniyalı mütəxəssis 30 yaşlı yarımmüdafiəçini milliyə qayıtmağa razı sala bilib.
Qeyd edək ki, Arda Makedoniya ilə yoldaşlıq görüşündən sonra təyyarədə jurnalist Bilal Meşəyə hücum edərək onu ağır formada təhqir etdiyi üçün millinin düşərgəsindən kənarlaşdırılmışdı. Bundan sonra o, yığmadakı karyerasını başa vurduğunu açıqlamışdı.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı