Digər idman növləri
5 medalla 10-cu
Polşada keçirilən III Avropa Oyunlarının dördüncü günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 5-ə yüksəlib. Onlardan 2-si qızıl, 1-i gümüş, 2-si isə bürünc əyarlıdır.
Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 10-cu pillədə qərarlaşaraq əvvəlki mövqeyini qoruyub.
İlk 4 sırada medal əyarına görə müvafiq olaraq, İspaniya (9 qızıl, 5 gümüş, 4 bürünc), İtaliya (8 qızıl, 8 gümüş, 9 bürünc), Polşa (6 qızıl, 2 gümüş, 4 bürünc) və Ukrayna (5 qızıl, 3 gümüş, 3 bürünc) yer alıb. İndiyədək ümumilikdə 34 ölkə medal qazana bilib.
Qeyd edək ki, Azərbaycan yığması medallarını 2 növdə – karate (2 qızıl, 1 bürünc) və taekvondoda (1 gümüş, 1 bürünc) əldə edib.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-07 14:20
Kunts – AFFA-nın, yoxsa Nəsirovun namizədi?
- Ölkə futbolu2024-05-07 08:00
“Qəbələ”nin arxadan atdığı daş… “Səbail”ə dəydi