Ölkə futbolu
Araz Abdullayev Kipr klubunda!
"Qəbələ"nin və milli komandamızın futbolçusu Ar…
"Qəbələ"nin və milli komandamızın futbolçusu Araz Abdullayev karyerasını Kiprdə davam etdirəcək. 25 yaşlı yarımmüdafiəçi "Anartosis" klubuna keçib. Abdullayev Famaqusta təmsilçisi ilə 1 illik müqavilə imzalayıb (futbol11).
Araz Abdullayev 2008-2011 və 2012-2016-cı illərdə "Neftçi"nin formasını geyinib. 2011-12-ci illərdə müqavilə ilə İngiltərə “Everton”una məxsus olan yarımmüdafiəçi icarə əsasında 2012-ci ilin ilk yarısındə Yunanıstanın “Panionios” klubunda legioner həyatı yaşayıb. Araz 2017-ci ilin qış transfer pəncərəsində "Qəbələ" ilə müqavilə imzalamışdı.
Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında oynamış Abdullayev ölkəmizin əsas millisində 2008-ci ildə debüt edib. Onun “Qəbələ”dən ayrılacağını “Futbolinfo” bir müddət öncə xəbər vermişdi.