Ölkə futbolu
"Kopenhagen"dən “Qarabağ” açıqlaması
"Kopenhagen" Çempionlar Liqasının pley-off mərhəl…
"Kopenhagen" Çempionlar Liqasının pley-off mərhələsində keçirəcəyi oyunlarla əlaqədar "Qarabağ" azarkeşlərinə müraciət edib. Bununla bağlı klubun saytında rəsmi açıqlama yerləşdirilib.
Ağdam komandası fanatlarına avqustun 23-də Bakı vaxtı ilə saat 22:45-də cavab görüşünün təşkil olunacağı "Parken" stadionunda daxili nizam-intizam, bölgü və təhlükəsizlik qaydaları çatdırılıb. O da vurğulanıb ki, qonaq komanda tərəfdarları biletləri yalnız "Qarabağ" vasitəsilə əldə edə bilərlər.
"Parken" stadionu 38 min tamaşaçı tutumuna malikdir. Bu isə o deməkdir ki, "Qarabağ" azarkeşləri üçün 1900 nəfərlik sektor ayrılacaq.
İki komanda arasındakı ilk oyun avqustun 15-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlanacaq.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə