Ölkə futbolu
Kapitan sıradan çıxdı
Topaz Premyer Liqanın ilk turunda “Qəbələ” ilə qarş?…
Topaz Premyer Liqanın ilk turunda “Qəbələ” ilə qarşılaşacaq “İnter”in daha bir futbolçusu zədə səbəbindən oyunu buraxacaq. Komandanın kapitanı Nizami Hacıyev zədələnib.
“Zirə” ilə yoxlama matçında əzələsi dartılan yarımmüdafiəçi avqustun 12-də “İnter Arena”da keçiriləcək görüşdə komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, paytaxt klubunun daha bir aparıcı futbolçusu – Fuad Bayramov da zədə səbəbindən “Qəbələ”yə qarşı oynamayacaq.