Ölkə futbolu
İlk “ulduz savaşı”
Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünə start…
Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünə start verilir. İlk tur “Neftçi” və “Qarabağ” arasında Azərbaycan derbisi ilə başlayacaq.
Bütün milli çempionatların iştirakçılarının budəfəki dueli ilklə əlamətdar olacaq. Belə ki, Azərbaycan çempionatları tarixində ilk dəfə “ulduzlu”lar üz-üzə gələcək.
Söhbət 5 çempionluq üçün qazanılan ulduza malik komandaların qarşılaşmasından gedir. Belə rəmzi olan ilk komanda kimi tarixə düşən “Neftçi” 8 çempionluğa malikdi. Ulduzunu ötən mövsüm qazandığı 5-ci qızıl medalla rəsmiləşdirən “Qarabağ” isə bunu bacaran 2-ci komandadı.
Ağdam klubunun çempionluğundan sonra rəqiblər arasındakı ilk matç ilk “ulduz” savaşı sayılır. Düzdü, ağdamlılar ötən mövsüm çempionluğu, yəni ulduzu təmin edəndən sonra – son turda da “Neftçi” ilə qarşılaşmışdı. Lakin həmin vaxt ulduz gətirən 5-ci zəfər təmin olunsa da, rəsmiləşməmişdi. Yalnız mövsümlərarası fasilədə ağdamlılar ulduzu rəsmən loqoya əlavə edib (apasport).
Qeyd edək ki, ölkə futbolunda 5 dəfə çempion olmadan rəmzlərində ulduz yerləşdirən klublar olsa da, bunlar qeyri-rəsmi sayılır. Lakin PFL bir müddət əvvəl bu məsələnin dünya praktikasında olduğu kimi tənzimlənəcəyini açıqlayıb.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Digər idman növləri2024-05-09 12:52
Kramarenkonun qızı millimizdə? – “Bu, ölkəmə xəyanət olar”