Ölkə futbolu
"Qəbələ" Araz Abdullayevi "Anortosis"ə 1 illiyə icarəyə verir
"Araz Abdullayevin keçidi ilə birbaşa olaraq klubla klub…
"Araz Abdullayevin keçidi ilə birbaşa olaraq klubla klubla danışmır".
Futbolinfo.az xəbər verir ki, bu sözləri "Sport24"-ə açıqlamasında "Qəbələ"nin meneceri Səbuhi Səfiyarlı bildirib. Əsas komandanın rəisi olan adışəkilən şəxs millimizin üzvü olan futbolçusu Araz Abdullayevin Kiprin "Anortosis" klubuna keçidinə aydınlıq gətirib.
Səfiyarlının sözlərinə görə, 25 yaşlı cinah yarımmüdafiəçisinin Famaqusta klubuna birbaşa transferi nəzərdə tutulmayıb: "Futbolçuyla əməkdaşlıq edən adammı, agentimi deyək, bizə deyib ki, Arazla bağlı belə bir variant var. Onu icarəyə verərsinizmi? Biz də məsləhətləşdik, məsələni götür-qoy elədik, baş məşqçimizlə danışdıq. Sonda qərara gəldik ki, icarəyə verək. Bu 1 mövsümlükdür. Araz dünən düşərgəmizdə idi. Onun icarə müqaviləsini hələ imzalamamışıq".
Xatırladaq ki, Abdullayev ötən qış fasiləsindən yetirməsi olduğu "Neftçi"dən "Qəbələ"yə keçərək 2 illik müqavilə imzalayıb.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Digər idman növləri2024-05-09 12:52
Kramarenkonun qızı millimizdə? – “Bu, ölkəmə xəyanət olar”