Ölkə futbolu
Səbuhi Səfiyarlı: "Müqaviləsini pozub, yola salacağıq"
"Qəbələ" yay fasiləsində heyətinə qatdığı ispaniya…
"Qəbələ" yay fasiləsində heyətinə qatdığı ispaniyalı futbolçu Fransisko Xavyer Ernandes Qonzaleslə yollarını ayırır.
Futbolinfo.az xəbər verir ki, əsas komandanın rəisi Səbuhi Səfiyarlı "Sport24"-ə açıqlamasında bu addımın legionerin təşəbbüsü ilə bağlı olduğunu bildirib. Səfiyarlı buna etiraz etmədiklərini söyləyib:
"İspaniyalı komandamızda yalnız 1 oyun keçirdi. Bu, Avropa Liqasında ilk matçımız – "Yagelloniya" ilə "Bakcell Arena"dakı qarşılaşma idi. Ondan sonra zədəsi olduğundan Polşadakı cavab matçında "18-lik"dən kənarda qaldı. "Panatinaikos"la matçlarda isə iştirak ərizəsinə düşmədü. Bundan sonra özü gəlib dedi ki, getmək istəyirəm. Biz də buna etiraz etmədik. Ona görə də qarşılıqlı razılaşma əsasında müqaviləni pozacağıq".
Klubun meneceri legioneri hələ yola salmadıqlarını diqqətə çatdırıb: "Hazırda sənədləşmə işləri gedir. Bilmirik ki, futbolçunun yeni variantı var, ya yox. Sadəcə, özü yaxınlaşıb getmək istədiyini dedi. Onu da bildirdi ki, burda legioner limiti də var, yəqin ki, oynaya bilməyəcəyəm. Digər legionerlərimizdən belə bir istəklə bizə müraciət edən hələ ki, yoxdu".
Xatırladaq ki, Polşanın “Qurnik Lençna” klubundan gələn 28 yaşlı Qonzales "Qəbələ"nin yayda heyətinə qatdığı ilk legioner olub. Onunla 1 ili şərti olmaqla, 2 illik müqavilə imzalanıb.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Digər idman növləri2024-05-09 12:52
Kramarenkonun qızı millimizdə? – “Bu, ölkəmə xəyanət olar”