Bizi izləyin

Ölkə futbolu

Süleymanov ifşa edir: “Heydər Əliyev adına stadion da böyük futbolun yolunu gözləyir”

Sabiq FIFA referisi, "Neftçi"nin keçmiş vitse…

blank
Sabiq FIFA referisi, "Neftçi"nin keçmiş vitse-prezidenti Tahir Süleymanov susqunluğa son qoyub. Uzun müddətdi mətbuatda görünməyən mütəxəssis fanat.az-a müsahibəsində yenə gündəmi dəyişəcək açıqlamalar verib.
 
-Tahir müəllim, çoxdandı görünmürsüz? Futboldan uzaqlaşırsız, deyəsən…
– Yay aylarıdı. Futbolda fasilə, istirahətlə bigə şəxsi işlər də var. Bunula yanaşı biz futbolla nəfəs alırıq və sona qədər belə olacaq. Futbolda gedən prosesləri, klublarımızın çıxışını, hazırlığını izləyirəm…
 
– Klublarımızın Avroliqada çıxışlarını necə qiymətləndirisiz?
 – Təəccüblü heç nə baş vermədi. Klub reytinqimizin yüksək olması səbəbilə ilk mərhələdə rəqiblər keçildi. Bəxti gətirməyən klub "Qəbələ" oldu. İlkinci turdan qarşısına çətin rəqiblər düşdü. Polşa səddi çətinliklə keçilsə də, "Panatinaikos"la bacara bilmədilər. Yeni qurulmuş heyət öz yerində, Qriqorçukun futbolçuları fiziki baxımdan son oyunlara hazır deyildi. Bu, açıq hiss olunurdu. Funksional hazırlığı olmayan futbolçular isə taktiki tapşırıqları yerinə yetirə, psixoloji durumu qaydasında ola bilməz. "Zirə" Rumıniyada öz qapısından buraxdığı bəsit qolların qurbanı oldu. "Astra" "Zirə"dən güclü deyildi. "İnter"in durumu bəllidi. İstənilən halda çırtdan ölkənin komandasına məğlub olmaq yolverilməz idi. Yolunu davam etdirən "Qarabağ"a isə Çempionlar Liqasının pley-offunda uğurlar.
 
– Yeri gəlmişkən "İnter" artıq "Keşlə"di. Ad dəyişikliyinə münasibətiniz?
 – Futbolu düşünsəydilər, bu komanda yaxşı infrastrukturu olan böyük şəhərlərimizdən birinə – Mingəçevirə təhkim olunsaydı, daha faydalı olardı. Adı da "Kür". Elə müasir standartlara cavab verən İmişlinin Heydər Əliyev adına stadionu da böyük futbolun yolunu gözləyir. Futbol ideoloqlarının gözü elə bağlanıb ki, dövlətin, xalqın vəsaiti ilə klub saxlanılır, bölgələrdə inşa olunan və tələblərə tam cavab verən stadionlar boş qalıb. Azərbaycan çempionatı deyil, "Bakı kəndlər" birinciliyinin keçirilməsi AFFA-dakıların maraqlarına uyğundu. Yüz min futbolçunu bəh-bəhlə qeydiyyatdan keçiriblər. Amma bölgələrimizdə klub futbolu olmadığı üçün yarısı "zay məhsul”a çevriləcək. Digər yarısı da gələcəkdə Bakıya gəlməyə məcbur olacaq.  Bu, tək futbolumuza qarşı yox, xalqımıza, dövlətçiliyimizə qarşı atılan addımdı.
 
– "Qarabağ"dan pley-offda nə gözləyək?
-"Kopenhagen" "Samtrediya" və "Şerif"dən qat-qat üstün rəqibdi. Çox ağır görüşlər olacaq. "Qarabağ"lı futbolçular fiziki güclərini tam bərpa etməlidi. Sıx qrafikdə 4 rəsmi oyundan sonra fasilə "Qarabağ"ın tam özünə gəlməsi, pik formasını yaxalamasını şərtləndirir. Tarixi uğurdan sonra psixoloji problemin də olması gözlənilmir. Avroliqanın qrupunu birbaşa təmin edən "Qarabağ" "Kopenhagen" qarşısına tam sərbəst, təzyiqsiz çıxmalı, öz oyununu oynamalıdı. Belə olarsa ÇL-in qrupuna düşmək şansı çoxalar. Futbol ictimaiyyəti də eyforiyaya qapılmamalı, "Qarabağ"dan mütləq qələbələr istəməməlidi. Yaddan çıxarmayaq, "Qarabağ" aprel ayından 4 aylıq məcburi  istirahətə çıxan 8 komandalı "şura hakimiyyəti" çempionatının təmsilçisidi. ÇL-in qrupu olarsa, çox gözəl, olmasa da "Qəbələ" kimi, "Qarabağ"a da dəstəyimizi əsirgəməməliyik. Müstəqilliyini qoruyan bu iki klub qorunmalıdı. Azərbaycan futbolunun sabahının xilası naminə…
 
–  "Qarabağ"a yeni transferlər lazımdımı?
 – Möhtəşəm heyətləri olan "Barselona", "Real"a da hər mövsüm yeni transferlər lazım olur.
 
– Beynəlxalq dərəcəli hakim kimi hakimlərimizin çempionata hazırlığına münasibətiniz maraqlıdı…
 – Hansı hazırlığı? Son illər hakimlərin hələ belə çempionata hazırlığı olmamışdı. Buna hazırlıq yox, gözdən pərdə asmaq deyərlər. Lippertlərin bəsləndiyi AFFA-da hakimlərin səviyyəli təlim-məşq toplanışı üçün vəsait tapılmır? Lazımsız əcnəbilərin illik müqaviləsinə verilən pulla ölkə xaricində hakimlər üçün hər mövsüm  5-6 səviyyəli toplanışlar təşkil etmək olar. Bunun əvəzinə isə stadionlarda videotəkrarla bağlı milyonlarla qiyməti olan avadanlıqlardan dəm vurulur. Birmənalı bildirirəm, FIFA, UEFA-nın Hakimlər Komitəsi ilə bağlı mütəxəssis tələbləri olmasaydı, Elxan Məmmədov çoxdan öz qohum, dost, tanışlarından birini Hakimlər Komitəsinə və Hakim İnspektorlar Komitələrinə yerləşdirmişdi. Şəxsi maraq kəsb etmədiyi üçün "de-yure, de-fakto"larla başlarından edirlər. Yüksək səviyyəli təlim-məşq toplanışlarından sonra hakim səhvləri, qalmaqalları yetərincə idi. Hazırlıqsız, oyun praktikası olmayan hakimlərdən yüksək idarəçilik tələb etmək sadəlövlük olar. Zərbə yenə klublara, yarışa cavabdeh təşkilat PFL-ə, hakimlərin özünə dəyəcək. Videotəkrarla bağlı yeni qərardan sonra isə əvvəlki illərdə olduğu kimi "videotəkrar əsas götürülə bilməz", "hakim də insandı səhv edə bilər", “top əli tapdı, əl topu tapdı" bəhanələrinə də yer olmayacaq. Mütəxəssislərin ekrandan hakim səhvlərinin görüntülərlə müzakirəsinə artıq demək olar, rəsmən yaşıl işıq yandırılıb. Psixoloji baxımdan hakimlər üçün qarşıdan gələn çempionat çox ağır olacaq.
 
– Videotəkrarla bağlı qərara münasibətiniz necədi?
– Müsbət və mənfi tərəfləri var. Hələ tam təkmilləşdirilməyib. Bir yandan müəyyən mənada obyektivlik qorunacaqsa , digər tərəfdən hakimlərə inamsızlıq yaranacaq. İngiltərə kimi futbol ölkəsi vaxt udub yaxın illərdə bu sistemi sınaqdan keçirmək fikirindədi. Zaman göstərəcək..
 
– "Neftçi"dəki 5 illik fəaliyyətinizdə ciddi uğurlar qazanmış idarəçi kimi komandanın durumu ilə bağlı fikirləriniz çox maraqlıdı…
-"Neftçi"nin antirekordları barədə danışmaq çox ağırdı. Bu klub flaqman adına uyğun olaraq hər zaman lider mövqelərdə olmalıdı.
 
– Niyə "Neftçi" düzəlmir?
– Belə olacağı öncədən bəlliydi. Fikrimi üç il öncə – Müşahidə Şurası yaradılanda bildirmişəm. AFFA-da oturan bir qrup adamın məkrli planı üzrə klubların şuralaşması həyata keçirildi. Əsas hədəflərdən biri "Neftçi" idi. Klub ələ keçirilərək dağıdıldı. Son mövsümlər "Neftçi" tarixinin ən uğursuz dönəmini yaşayır. Təsəvvür edin, vəziyyət nə həddə çatdı ki, təsisçilər yenidən prezident üsul-idarəsinə qayıtdılar. Bu addım birbaşa şuralaşma ideyalarını həyata keçirənlərə sarsıdıcı zərbə idi. Üç il idi biz deyənlərə gec də olsa, gəldilər. "Neftçi"nin yeni prezidenti Orxan Hüseynzadə bildirib ki, Müşahidə Şurası özünü doğrultmadı və bundan sonra klubda bütün cavabdehlik onda olacaq. Bəs şəffaflıqdan danışılırdı, klubların bir nəfərdən asılı olmayacağı bildirilirdi?! Arada illər itirildi, "Neftçi" autsayder kluba çevrildi, üç mövsümə 20-30 milyon vəsait havaya uçuruldu. Qohum, dost-tanışlar yağlı vəzifələrə yerbəyer olundu. Zərbə isə futbola, "Neftçi"yə, azarkeşlərə dəydi.
 
– Bəs "Neftçi"nin büdcəsi? Rəsmilər maliyyə sıxıntısı yaşadığını tez-tez açıqlayır.
– Dəyərli futbol ictimaiyyəti, azarkeşlər bilsin, "Neftçi" tarixi ərzində ən böyük maliyyə böhranını 2008/09-cu illərdə yaşayıb. İndiki "Neftçi"ni idarə edən havadarlar tərəfindən gedelərin kluba sırındığı vaxt. Şəxsən AFFA-nın baş katibi Elxan Məmmədov Gedeni baş məşqçi kimi klubun bazasında komandaya təqdim edib. Komandanı qəbul edəndə 4-5 milyon dollarlıq FIFA şikayətləri var idi. Qeyd etdiklərimi sənədlərlə sübut etməyə hazıram. Bugünə kimi bunların heç birini qabartmadıq. Bilirdik klubu hansı vəziyyətdə qəbul etmişik. O dönəmdə "Neftçi" büdcəsinə görə  4-cü yerdə idi. Üstəlik də borclar… Milyonlarla borc olduğu halda, heç kimə şikayət etmədən, bəhanələr gətirmədən qısa müddətdə komanda lider mövqeyə yüksəldildi. Ardıcıl çempionluqlar, kuboklar, tarixi uğurlarla yanaşı, klubun büdcəsinə milyonlarla dollar vəsait qazandırıldı. FIFA-ya kütləvi şikayətlərə baxmayaraq, 900 min dollarlıq iş uduldu. Borcun qalan hissəsi 2012-ci ildə ödənildi. Yəni, biz bu borcları ödəyə-ödəyə uğurlar qazandıq. İndinin özündə də ödənilən borcların sənədləri arxivdədi. Bütün detalları açıqlamaq fikrindən uzağam. İşini bacarmayan, uğursuzluqları ört-basdır etmək istəyən, yerində olmayan insanlar bəhanələr gətirməyə, ağlaşma qurmağa adət ediblər. "Neftçi"nin indiki rəhbərliyi özü etiraf edir ki, büdcə ölkədə 3-cüdü. Bu vəsaitlə komanda ötən mövsüm 16 legioner oynadaraq 7-ci yeri tutub. Biabırçı nəticələrdən sonra bəhanə axtarmaq yox, "Neftçi" azarkeşindən, futbol ictimaiyyətindən üzr istəyib getmək lazım idi.
 
– Fakt faktlığında qalır, "Neftçi" milyonlarla kredit borcuna girərək hər ay böyük məbləğdə faiz ödəyir.
– Fikir verin, bizim vaxtda da, sonra və indi də eyni sponsor, insanlar tərəfindən kluba maliyyə nəzarəti edilir. Klubun daxilindən dezinformasiya xarakterli informasiyalar ictimaiyyətə ötürülür. Güya indi vəsait yoxdur, nəvaxtsa "Neftçi"nin 20 milyon büdcəsi olub. "Neftçi"də vəzifə sahibi olmuş şəxs kimi tam əminliklə bildirirəm, son 12-13 ildə klubun illik büdcəsi nəinki 20, heç 15 milyon dollar olmayıb. Digər tərəfdən, sponsorun ayırdığı bəlli büdcə var ki, hər zaman kluba qayğı göstərilib. Ayrı-ayrı illərdə obyektiv səbəblərə görə 2-3 aylıq maaşların gecikməsi halları olub. Bu da bütün dünya futbolunda baş verir. Sonrakı aylarda hissə-hissə yığılan borclar sponsor tərəfindən ödənilir. Manatın devalvasiyasından sonra bütün klublar problem yaşadı. Bu tək "Neftçi"yə aid məsələ deyil. Nəticə tək pulun çoxluğu ilə ölçülmür. "Neftçi"nin nəticələrinin, borcların yaranmasının bir səbəbi var: yarıtmaz klub idarəçiliyi. İndi deyil, ötən ilin sonunda dəfələrlə bildirmişəm, qışda heyət dəyişilməz. Müşahidə Şurası, keçmiş icraçı direktor, məşqçilər tərəfindən klub onsuz da dağıdılmışdı. Komanda autsayderlər sırasında idi. Yeni gələnlər doğru plan cızıb mövsümün sonuna kimi klubu maliyyə borclarından xilas etməli, may ayından başlayaraq komandanı yenidən formalaşdırmalı idi. Bunun əvəzinə kredit borcuna girərək çoxsaylı legionerlər gətirildi. Nəticə nə oldu? 7-ci yer. Bu azmış kimi autsayder heyətin qorunub saxlanılmasından danışırlar.
 
–  Onu da qoruyub saxlaya bilmədilər…
– Aprel ayında çempionat bitib. Avroliqada oynamayan "Neftçi"nin heyətini formalaşdırması üçün kifayət qədər vaxtı var idi. Bunun əvəzinə komanda 2 (!) ay istirahətə buraxıldı. Hiss olunur ki, bu müddət ərzində rəhbərlik, məşqçilər özləri də yaxşı istirahət ediblər. 2 ay istirahət "Neftçi"nin sponsorlarına 1 milyondan çox vəsaitə başa gəlib. Bu o deməkdir ki, heç bir iş görmədən milyondan çox vəsait klubdakılara havayı ödənilib. Belə işə yanaşma ilə "Neftçi"də pul qalar? 2 ay istirahət, 2 ay hazırlıq, komanda hələ tam komletləşməyib. Bir legioner gedir, digəri gəlir. Danışanda da stabil heyətdən, pulsuzluqdan danışırlar. Müşahidə Şurasına ayrılan illik vəsait hər mövsüm Flavinyo, Vobay səviyyəsində futbolçu deməkdir. Futbol klubuna səviyyəli futbolçular lazım idi, yazıçı, bəstəkarlar yox… Çox yaxşı tanıdığım sponsorların kluba nəzarət etməməsi təəccüb doğurur.
 
– Topaz Premyer Liqası start götürür. "Neftçi"ylə bağlı proqnozunuz varmı?
– 8 komandalı rəqabətsiz çempionatda "Neftçi" rəhbərliyi, məşqçi, futbolçular minimum 4-cü yeri hədəfləyib. "Neftçi"ni döndəriblər sıradan bir kluba. Ən pisi də budur ki, azarkeşlər də iddiasızlığa öyrəşdirilir. Hər kəs bilsin, "Neftçi"nin adı artıq minimum 3-cü yer deməkdi. "Neftçi" sığorta şirkəti deyil. İndiki maliyyə şəraiti ilə bacarıqlı klub idarəçiliyi, məşqçi işi fonunda qısa müddətdə çempionluğu, kuboku təmin etmək olar. Səngərdən başını qardıra bilməyən qorxaq generalların əsgərləri heç vaxt davamlı qələbələr qazanıb meydanın mərkəzinə bayrağını sanca bilməz.
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-11 01:24

“İnter”dən darmadağın

blank
Dünya futbolu2024-05-11 01:12

“Ştutqart”dan növbəti qələbə

blank
Dünya futbolu2024-05-11 01:04

“Nitsa”ya 1 qol bəs etdi

blank
Digər idman növləri2024-05-11 00:30

Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək

blank
Digər idman növləri2024-05-11 00:09

Bakıda keçirilən Dünya Kubokunda növbəti mükafatçılar bəlli oldu

blank
Digər idman növləri2024-05-10 23:42

Azərbaycan cüdoçusu “Böyük Dəbilqə”nin bürünc medalını qazandı

blank
Digər idman növləri2024-05-10 23:20

Stadnik üçün olimpiadaya lisenziya şansı davam edir

blank
Digər idman növləri2024-05-10 22:51

Azərbaycanın 4 təmsilçisi AÇ-nin finalına vəsiqə qazandı

blank
Digər idman növləri2024-05-10 22:36

“Sabah” Azərbaycan Basketbol Liqasında ilk finalçıdır

blank
Premyer-liqa2024-05-10 22:23

“Neftçi”dən darmadağın – VİDEO

blank
Ölkə futbolu2024-05-10 22:00

“İlk qoldan sonra “Neftçi”yə layiq tərzdə oynadıq”

blank
Premyer-liqa2024-05-10 21:30

Adil Şükürov: “Gələcək oyunlar üçün dərs çıxarmalıyıq”

blank
Premyer-liqa2024-05-10 20:53

“Neftçi”dən əzmkar qələbə

blank
Ölkə futbolu2024-05-10 20:37

Kvirkviya mükafatlandırıldı

blank
Ölkə futbolu2024-05-10 20:19

Masazırda mövsümün son ev oyununda “Sabah” azarkeşləri üçün sürprizlər

blank
Dünya futbolu2024-05-10 20:02

Dubla imza atdı, həftənin ən yaxşısı seçildi

blank
Dünya futbolu2024-05-10 19:48

ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi

blank
Dünya futbolu2024-05-10 19:33

Avroliqada həftənin futbolçusunun adı açıqlandı

blank
Dünya futbolu2024-05-10 19:18

Türkiyədə işləmiş mütəxəssis “Ayaks”ı çalışdıra bilər

blank
Dünya futbolu2024-05-10 19:00

Premyer Liqada aprel ayının ən yaxşı baş məşqçisi və futbolçusu bəlli oldu

blank
Dünya futbolu2024-05-10 18:39

İlin ən yaxşı baş məşqçisi və futbolçusu adına namizədlər müəyyənləşdi

blank
Digər idman növləri2024-05-10 18:20

Azərbaycan samboçuları AÇ-ni 3 medalla başa vurdular

blank
Ölkə futbolu2024-05-10 18:01

“Kəpəz”də 7 itki

blank
Digər idman növləri2024-05-10 17:43

Yeddiqat dünya çempionu mövsümün ən yaxşısı elan edildi

blank
Dünya futbolu2024-05-10 17:25

Kasilyasdan Luninə dəstək

blank
Digər idman növləri2024-05-10 17:07

Teymur Rəcəbov “Şarja Masters” beynəlxalq şahmat turnirində iştirak edəcək

blank
Müsahibə2024-05-10 16:51

“Qəbələ” mövsümün əvvəlindən bu strategiyanı icra etsəydi…” – Arif Əsədov

blank
Dünya futbolu2024-05-10 16:37

AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO

blank
Ölkə futbolu2024-05-10 16:20

Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”

blank
Digər idman növləri2024-05-10 16:05

Ərəblərin pulu ilə Amerikada yeni liqa yaradılır

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm