Dünya futbolu
Əzizovun komandasından darmadağın
Hollandiyanın "Den Boş" klubu növbəti mövsü…
Hollandiyanın "Den Boş" klubu növbəti mövsümə hazırlığını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, birinci divizionda mübarizə aparan azərbaycanlı futbolçu Ziya Əzizovun şərəfini qoruduğu kollektiv bu gün yoxlama oyunu keçirib. Hollandiyanın digər təmsilçisi "Rosmalen"lə qarşılaşan futbolçumuzun komandası meydandan 3:0 hesablı qələbə ilə ayrılıb.
Əzizov bu görüşün iştirakçısı olmayıb. Bundan əvvəlki sınaq görüşündə ağır zədə alan futbolçumuz hazırda müalicəsi ilə məşğuldu.