Dünya futbolu
"Fənərbaxça" mövsümə heç-heçə ilə başladı
Türkiyə Super Liqasında 2017/18 mövsümünə start…
Türkiyə Super Liqasında 2017/18 mövsümünə start verilib.
Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda “Başakşəhər” əsas millimizin üzvü Dəniz Yılmaz və gənclər yığmamızın futbolçusu Ozan Can Kökcünün şərəfini qoruduğu “Bursaspor”u qəbul edib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.
İkinci oyun günündə "Fənərbaxça" səfərdə debütant "Göztəpə" ilə bərabərə qalıb.
Son çempion “Beşiktaş” bazar günü meydana çıxacaq. “Qartallar” mövsümün ilk oyununda “Antalyaspor”u qəbul edəcək.
Türkiyə Super Liqası
1-ci tur
11 avqust
"Başakşəhər" – "Bursaspor" 1:0
Qol: Elia, 21.
12 avqust
"Akhisar" – "Sivasspor" 1:0
Qol: P.Enrike, 73.
"Gənclərbirliyi" – "Karabükspor" 1:1
Qol: Xalili, 23 – Yatabare, 3.
"Alanyaspor" – "Kasımpaşa" 1:3
Qol: Akbaba, 43 – Trezeqe, 37. Noymayr, 41-pen. Samuel, 86.
"Göztəpə" – "Fənərbaxça" 2:2
Qol: Kastro, 8. Skarione, 57 – A.Potuk, 5. Şkrtel, 64.
13 avqust
21:00 "Trabzonspor" – Konyaspor"
21:00 "Yeni Malatyaspor" – Osmanlıspor"
22:45 "Beşiktaş" – "Antalyaspor"
14 avqust
22:45 "Qalatasaray" – "Kayserispor"
–