Dünya futbolu
Nazarovun komandası Almaniya Kuboku ilə erkən vidalaşdı
Futbol üzrə Almaniya Kubokunda 2017/18 mövsümünə…
Futbol üzrə Almaniya Kubokunda 2017/18 mövsümünə start verilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" də ilk matçına çıxıb. Sözügedən kollektiv səfərdə "Vehen"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Bu məğlubiyyət Aue təmsilçisinin Almaniya Kubokunu elə ilk raunddaca tərk etməsinə səbəb olub.
Nazarov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü sonadək oynayıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”