Premyer-liqa
Şahin Diniyev: "Mərkəz müdafiəçilərimiz elə səhvlər etməməli idilər"
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbayca…
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Ən yaxşı oyunlardan biri oldu. İlk oyun olduğu üçün çatışmazlıqlar var. 60-70 faiz yeni futbolçular olduğu üçün vaxt lazımdı. Amma oyuna qələbə üçün çıxmışdıq. Fərdi səhvlər ucbatından məğlub olduq. Mərkəz müdafiəçilərimizin səhvindən. Elə səhv etməməli idilər. Təbii ki, səhv komandanın səhvidi, onu yalnız bir futbolçunun üzərinə yıxmaq da olmaz. Daha sonra irəli getməyə məcbur olduq ki, bu da “Sumqayıt”a əks-hücum şansı verirdi. Bir sözlə komandamdan narazı qalmadım. Bəxt “Sumqayıt” tərəfdə oldu. Hər bir gənc futbolçuya şans verməliyik. Onlara şans verib dəstək olmalıyıq. Legionerlərdən də narazı qalmadım. Yalnız Dedimarın zədəsi var idi və beş gün komandadan ayrı qalmışdı. Bu məqam da bugünükü oyunda öz təsirini göstərdi".
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı