Ölkə futbolu
“Kopenhagen”in kapitanı Bakıda qollu heç-heçə arzusundadı
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çər&c…
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”ın qonağı olacaq Danimarkanın “Kopenhagen” klubunun kapitanı Uilyam Kvist oyunöncəsi mətbuat konfransında iştirak edib.
Futbolinfo.az xəbər verir ki, danimarkalı futbolçu sabah onları çətin qarşılaşmanın gözlədiyini deyib:
“Sabah bizi çox çətin oyun gözləyir. Rəqibə qarşı səfərdə oynamaq çox çətindi. Xüsusilə, hücumda yaxşı oynamalıyıq. Məncə 1:1, 2:2 hesablı heç-heçə bizim üçün sərfəli nəticə olacaq”.