Premyer-liqa
“Zirə”dən yubiley qələbəsi
Topaz Premyer Liqasının ilk turunda əldə olunan qələbə “Z…
Topaz Premyer Liqasının ilk turunda əldə olunan qələbə “Zirə” üçün əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, “Səbail” üzərində 2:1 hesablı qələbə qazanan qəsəbə təmsilçisi öz meydanında 20-ci dəfə 3 xal qazanıb. Zirəlilər buna 33-cü qarşılaşmada nail olub.
Bunadək paytaxt təmsilçisi 32 ev oyununda 19 qələbə əldə etmişdi. Qalibiyyət sayında yubiley həddinə çatan komanda 8 heç-heçə edib və 5 dəfə uduzub. Evdə 44 top vuran zirəlilər 28 qol buraxıb.
Qeyd edək ki, “Zirə” 2015/16 mövsümündə 12, 2016/17 mövsümündə 7 ev qələbəsi qazanıb.