Dünya futbolu
"Qalatasaray" da yeni mövsümə qələbə ilə başladı
Türkiyə Super Liqasında 2017/18 mövsümünün …
Türkiyə Super Liqasında 2017/18 mövsümünün 1-ci turuna yeknun vurulub.
Futbolinfo.az xəbər verir ki, açılış turunun ilk oyununda “Başakşəhər” əsas millimizin üzvü Dəniz Yılmaz və gənclər yığmamızın futbolçusu Ozan Can Kökcünün şərəfini qoruduğu “Bursaspor”u qəbul edib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.
İkinci oyun günündə "Fənərbaxça" səfərdə debütant "Göztəpə" ilə bərabərə qalıb.
Son çempion “Beşiktaş” bazar günü meydana çıxıb. “Qartallar” mövsümün ilk oyununda “Antalyaspor”u qəbul edib və inamlı qələbəyə sevinib. Eyni gündə "Trabzonspor" da bu yay geri qaytardığı Burak Yılmazın dublu sayəsində qələbə qazanıb.
Son gündə isə "Qalatasaray" doğma meydanda "Kayserispor"u darmadağın edib.
Türkiyə Super Liqası
1-ci tur
11 avqust
"Başakşəhər" – "Bursaspor" 1:0
Qol: Elia, 21.
12 avqust
"Akhisar" – "Sivasspor" 1:0
Qol: P.Enrike, 73.
"Gənclərbirliyi" – "Karabükspor" 1:1
Qol: Xalili, 23 – Yatabare, 3.
"Alanyaspor" – "Kasımpaşa" 1:3
Qol: Akbaba, 43 – Trezeqe, 37. Noymayr, 41-pen. Samuel, 86.
"Göztəpə" – "Fənərbaxça" 2:2
Qol: Kastro, 8. Skarione, 57 – A.Potuk, 5. Şkrtel, 64.
13 avqust
"Trabzonspor" – "Konyaspor" 2:1
Qol: B.Yılmaz, 10; 90 – Fofana, 3.
"Yeni Malatyaspor" – "Osmanlıspor" 3:1
Qol: Butaib, 11; 78. Barazite, 55-pen. – Maxsoe, 90.
"Beşiktaş" – "Antalyaspor" 2:0
Qol: Pepe, 45. C.Tosun, 64-pen.
14 avqust
"Qalatasaray" – "Kayserispor" 4:1
Qol: Cigerçi, 16. Belhanda, 35. Qomis, 37; 88 – Gülən, 29.