Dünya futbolu
"Liverpul" və ÇSKA-dan səfər qələbəsi
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə…
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 5 matç keçirilib.
Günün ilk oyunu Bakıda baş tutub. “Qarabağ” Danimarka çempionu “Kopenhagen”i sınağa çəkib. Ağdam klubu rəqibi üzərində minimal hesablı qələbəyə sevinib.
Günün ən çox maraq doğuran oyunlarından biri Almaniyada keçirilib. "Böyük beşliy"in 2 təmsilçisi – "Hoffenhaym" və "Liverpul" birincilərin meydanında üz-üzə gəlib. Üç qolun vurulduğu qarşılaşma "Liverpul"un qələbəsi ilə başa çatıb.
Digər oyunlarda Moskva ÇSKA-sı səfərdə "Yanq Boyz"a, APOEL isə "Slaviya"ya qalib gəlib. "Sportinq"lə "Styaua"nın duelində isə qapılara qol vurulmayıb.
Qeyd edək ki, pley-offun digər 5 matçı avqustun 16-da keçiriləcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunları
15 avqust
“Qarabağ” (Azərbaycan) – “Kopenhagen (Danimarka) 1:0
Qol: M.Mədətov, 25.
APOEL (Kipr) – “Slavia” (Çexiya) 2:0
Qol: De Kamarqo, 2. Aloneftis, 10.
“Hoffenhaym” (Almaniya) – “Liverpul (İngiltərə) 1:2
Qol: Ut, 87 – Arnold, 35. Nordtveyt, 74-öz qapısına.
“Sportinq” (Portuqaliya) – “Styaua” (Rumuniya) 0:0
“Yanq Boyz” (İsveçrə) – ÇSKA (Moskva, Rusiya) 0:1
Qol: Nuhu, 90-öz qapısına.
16 avqust
22:45. "Başakşəhər" (Türkiyə) – "Sevilya" (İspaniya)
22:45. "Seltik" (Şotlandiya) – "Astana" (Qazaxıstan)
22:45. "Hapoel" (Beer Şeva, İsrail) – "Maribor" (Sloveniya)
22:45. "Napoli" (İtaliya) – "Nitsa" (Fransa)
22:45. "Olimpiakos" (Yunanıstan) – "Riyeka" (Xorvatiya)